Bayden onları mükafatlandıracaq
ABŞ Prezidenti Co Bayden “İnter Mayami”nin hücumçusu Lionel Messini mükafatlandıracaq.
TNS xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bayden “Ağ Ev”də mərasim keçirəcək. O, mərasimdə Messi, Amerikanın keçmiş dövlət katibi Hillari Klinton, milyarder Corc Sorosdə daxil olmaqla, “Prezident Azadlıq medalı” alanların sonuncu qrupunu təltif edəcək.
Medal Amerika Birləşmiş Ştatlarının çiçəklənməsinə, dünya sülhünə və ya digər əhəmiyyətli ictimai və ya özəl səylərə görkəmli töhfələr vermiş şəxslərə təqdim olunur. Bu, sözügedən mövzuda ABŞ-nin ən yüksək mülki mükafatıdır.
Qeyd edək ki, Messi ötən ilin yayından “İnter Mayami”də oynayır. Forvard bu mövsüm bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin qışına qədərdir.