Close

19:20
06 Yanvar 2025
19:00
06 Yanvar 2025

Xəzərdə batmış gəminin qalıqları tapıldı

İtaliya və İran arxeoloqlarından ibarət beynəlxalq qrup Xəzər dənizinin Qazaxıstan sahilində XVIII-XIX əsrlərdə batmış gəminin qalıqlarını aşkar ediblər.

TNS xəbər verir ki, arxeoloji axtarışın nəticəsi “Journal of Maritime Archaeology” jurnalında çap edilib.

Məlumatda bildirilib ki, gəminin üzə çıxmasına səbəb dənizin suyunun düşməsi olub.

Aparılan analizlər nəticəsində onun Rusiyaya aid ticarət gəmisi olduğu müəyyənləşib.