Dünyanın ən yaşlı insanı vəfat etdi
40
16:52 - 04 Yanvar 2025
Yaponiyada dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtuka 116 yaşında vəfat edib.
TNS xəbər verir ki, bu barədə “Kyodo” Agentliyi məlumat yayıb.
Məlumatda 1908-ci ildə Osakada anadan olmuş qadının yaşadığı qocalar evində öldüyü bildirilib.
O, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.