Close

Xersonda Litva konsulluğunun binası vuruldu

Rusiya ordusu Xersonda Litva konsulluğunun binasını vurub.

TNS xəbər verir ki, bu barədə Litva xarici işlər naziri Kyastutis Budris özünün "X" səhifəsində məlumat verib.

“Bu cür qəddarlığa, dağıntıya son qoyulmalıdır. Biz Ukraynanı daha çox hava hücumundan müdafiə və qələbə üçün lazım olan digər imkanlarla təmin etməliyik”, - nazir bildirib.