Close

Suriyanın XİN rəhbəri Qətər, BƏƏ və İordaniyaya səfər edəcək

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani yaxın günlərdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya səfər etməyi planlaşdırır.

TNS xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu həftə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığındakı qardaşlarımıza rəsmi səfərim zamanı ölkəmi, Suriyanı təmsil edəcəyəm”, - nazir yazıb.

Əssad Həsən Əş-Şibani qeyd edib ki, Suriyanın yeni administrasiyası bu səfərin ölkənin sabitliyinin və təhlükəsizliyinin qorunmasına, eləcə də ölkənin iqtisadi bərpasına töhfə verəcəyinə ümid edir.