Son bir həftədə Efiopiyada 55 zəlzələ olub
6
22:37 - 03 Yanvar 2025
Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
TNS-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakətin episentri təxminən 30,7 min nəfər əhalisi olan Asbe-Tefari şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, son bir həftə ərzində Efiopiyada 55 zəlzələ qeydə alınıb.