Close

11:21
05 Yanvar 2025
10:05
05 Yanvar 2025
23:30
04 Yanvar 2025

Prezidenti həbs etmək cəhdi: Cənubi Koreyada yenə gərginlikdir - YENİLƏNİB

Cənubi Koreya Prezidenti Yun Sok Yolun iqamətgahına gələn ölkənin Yüksək Vəzifəli Məmurlar Arasında Korrupsiyanın Araşdırılması İdarəsinin (CIO) müstəntiqləri, məhkəmənin qərarına əsasən, prezidenti həbs etmək cəhdlərini dayandırıblar.

Bu barədə TNS “Yonhap” agentliyinə istinadən xəbər verir.

Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər.

06:12

Cənubi Koreya Prezidenti Yun Sok Yolun vəkili onun həbsinə cəhd edənləri hüquqi tədbirlərlə hədələyib.

TNS bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, prezidentin müdafiəçisi həbs orderini qanunsuz və saxta hesab etdiyini bildirib.

Yun Sok Yolun tərəfdarları prezidentin iqamətgahının qarşısında toplaşıblar. Yüksəkvəzifəli şəxslərin korrupsiya işi ilə əlaqəli istintaq idarəsinin müstəntiqləri və polislərdən ibarət 20 nəfər tərəfdarların və həbsə mane olmağa çalışan hərbçilərin sıralarını yararaq, vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Yun Sok Yolun iqamətgahına keçə biliblər.

Asayişi qorumaq üçün oraya 2 700 polis göndərilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib.