Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

"Hər dörd saatdan bir edamın şahidi oluruq"

"İranda hər dörd saatdan bir edamın şahidi oluruq".

TNS xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə 25 ildir Qızılhisar həbsxanasında saxlanılan və ölüm cəzasına məhkum edilən Səid Məsuri bəyan edib.

Onun sözlərinə görə, əvvəllər ayda, yaxud 10-15 gündən bir qarşılaşırdılarsa, indi gün ərzində bir neçə edamın şahidi olurlar.

Məsuri Milad bayramı günlərində təxminən 25 nəfərin dar ağacından asıldığını, yəni hər iki saat yarımdan bir edam həyata keçirildiyini vurğulayıb.

O, BMT Baş katibini, Avropa Komissiyası sədrini və Avropa İttifaqını İslam Respublikasında edamların qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə çağırıb.