Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

Nyu-Orleanda terror aktı törədən şəxs “Deloitte” şirkətinin əməkdaşı olub

Nyu-Orleanda terror aktı törədən 42 yaşlı Şamsud-Din Cabbar “Deloitte” konsaltinq şirkətinin əməkdaşı olub.

TNS xəbər verir ki, bu barədə “NBC News” telekanalı şirkətin bəyanatına istinadən məlumat yayıb.

"Dünənki terror aktında şübhəli bilinən Şamsud-Din Cabbar 2021-ci ildən “Deloitte” şirkətində ştatda olub", - məlumatda qeyd olunur.

Öz növbəsində, “Wall Street Journal” nəşri Cabbarın “Deloitte” portalındakı profilinin surətinə çıxış əldə edib. Orada göstərilib ki, həmin şəxs 2024-cü ilin payızında şirkətdə "həllər üzrə aparıcı mütəxəssis" vəzifəsində çalışıb.

Qeyd edək ki, terror aktı nəticəsində 15 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.