Suriyada bu qadın vali təyin edildi
16
14:56 - 02 Yanvar 2025
Suriyada keçid hökuməti Əs-Süveyda şəhərinə qadın vali təyin edib. Bu da Suriyada ilk hadisə kimi tarixə keçib.
TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Möhsünə əl-Maytavi (Mohsena al-Maithawi) təyinat alıb.
Qeyd edək ki, adıçəkilən xanım daha əvvəl bankların birində yüksək vəzifədə çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Meysə Sabirin adlı qadın Suriya Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edilib.
Əlaqəli xəbərlər
23:41
04 Yanvar 2025