Çində 4,6 bal gücündə zəlzələ baş verib
4
14:31 - 02 Yanvar 2025
Çinin şimal-qərbindəki Ningxia Hui Muxtar Bölgəsinin paytaxtı İnçuanın Cinfeng rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
TNS xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.
Yeraltı təkanların dərinliyi 10 kilometrdir.
Zəlzələdən sonra xilasetmə qrupları vəziyyəti qiymətləndirmək üçün 105 canlı qüvvə və 20 maşın cəlb edib.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Əlaqəli xəbərlər
23:41
04 Yanvar 2025