Close

14:00
04 Yanvar 2025
13:10
04 Yanvar 2025

Ukrayna Rusiya helikopterini dəniz dronu ilə vurdu - VİDEO

“Ukrayna ordusu Krım sahillərində “Magura V5” dəniz dronu vasitəsilə Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-8” helikopterini vurub”.

TNS xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb. 

Bildirilib ki, Qara dənizdə döyüş zamanı tarixdə ilk dəfə olaraq dəniz dronunun köməkliyi ilə hava hədəfi məhv edilib: “İdarənin “Group 13” adlı xüsusi bölməsinin döyüşçüləri tarixdə ilk dəfə olaraq “Magura V5” dronunun köməkliyi ilə hava hədəfini vurub”. 

Baş Kəşfiyyat İdarəsi, həmçinin sözügedən hücumun videosunu da yayıb. Görüntülərə əsasən, dəniz dronu helikopteri hədəf olaraq seçir və onun üzərinə raket buraxır. Raket zərbəsinə məruz qalan helikopter isə partlayıb və onun qalıqları dənizə düşüb. 

Belə iddia edilib ki, Rusiya ordusuna məxsus daha bir helikopter zədələnsə də, bazaya geri qayıda bilib. 

Bununla belə, Rusiya tərəfi hadisə ilə bağlı şərh verməyib.