Close

14:00
04 Yanvar 2025
13:10
04 Yanvar 2025

Zelenski azərbaycanlını mühüm vəzifəyə təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Sergey Popkonun Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

TNS xəbər verir ki, bu barədə məlumatı Ukrayna liderinin ofisi yayıb. 

Bildirilib ki, Zelenskinin digər sərəncamı ilə Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının yeni rəhbəri təyin edilib. 

S.Popko həmin vəzifəni 2022-ci ilin oktyabrından icra edirdi. T. Tkaçenko isə 2024-cü ilin sentyabrından Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın müavini olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, “Report” 35 yaşlı Timur Tkaçenkonun əslən azərbaycanlı olduğunu yazıb. Bildirilib ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.