Close

Əcnəbilərin Rusiyada vizasız qalma müddəti azaldıldı

Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.

TNS xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, yanvarın 1-dən əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti il ərzində 90 gündən çox ola bilməz.

Belə ki, “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Qanuna dəyişiklik edilib. Bundan əvvəl uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasınınərazisində 180 gün ərzində 90 gündən çox qala bilərdilər.

Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, yenilik ölkəyə təhsil almaq üçün gələn, patent almış, işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.