Keçmiş müdafiə naziri saxlanıldı - YENİLƏNİB
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.
TNS-in məlumatına görə, bu barədə “Hayeli.am” ondan qısa açıqlama alıb.
A. Karapetyan deyib ki, Polis İdarəsində Ermənistan tərəfinin Rusiyaya göndərdiyi sənədlər əsasında izahat verib.
15:49
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.
TNS-in xəbərinə görə, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Qəzet yazıb ki, o öz ölkəsində "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Qulluq mövqeyindən sui-istifadə" və "Səlahiyyətlərindən sui istifadə edilməsi" maddələri ilə axtarışda olub.