"Rusiya bu şəhəri alsa, Donbas tam işğal olunacaq"
Pokrovsk şəhərinin blokadaya düşmə riski böyükdür ki, bu da Ukraynanın bütün Donetsk vilayətini itirməsinə gətirib çıxaracaq.
TNS xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Viktor Mujenko deyib.
“Bu o deməkdir ki, biz əslində Donbası rusların ixtiyarına vermişik”, - o, Pokrovskın mümkün blokadası ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Onun fikrincə, bu gün rusların qarşısında Pokrovskı ələ keçirmək vəzifəsi yoxdur:
“Məncə, məqsəd Pokrovskı mühasirədə saxlamaqdır. Bu, onlar üçün resurs, bəlkə də itkilərin qarşısını almaq baxımından vacibdir. Onlar cənubdan dolanır, Pokrovskdan yan keçərək Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədinə çatmağı planlaşdırırlar. Hətta Dnepropetrovsk bölgəsinə daxil olmaq niyyətindədirlər. Bu da mümkün danışıqlarda, əgər baş tutsa, onlar üçün müəyyən üstünlüklər yaradır”.
General əlavə edib ki, silah-sursat, ərzaq, avadanlıq və personal çatdırılmadan maddi-texniki təminat kəsilərsə, Pokrovsk “düşəcək”.