Close

Daha bir təyyarə qəzaya uğradı - 179 sərnişin həlak oldu - YENİLƏNİB+VİDEO

Cənubi Koreyada xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxunun həlak olduğu bildirilir.

TNS xəbər verir ki, bu barədə "Yonhap" Agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.

İlkin versiyaya görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.

Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.

08:12

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

TNS xəbər verir ki, bu barədə “Yonhap” Agentliyi məlumat yayıb.

Məlumata görə, göyərtəsində 181 nəfərin olduğu təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Qəza nəticəsində 62 nəfərin öldüyü bildirilir.

Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur. 

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.