43 il zindanda qalan pilota qızıl qılınc hədiyyə edildi
18
15:00 - 28 Dekabr 2024
Suriyanın Həma şəhərində məscidin imamı həyatının 43 ilini həbsxana keçirmiş sabiq hərbi pilota qızıl naxışlı qılınc hədiyyə edib.
TNS bu barədə "Trthaber"ə istinadən xəbər verir.
Qeyd olunub ki, hərbi pilot Hafiz Əsədin dövründə 27 yaşında olarkən Həma şəhərində mülki əhaliyə qarşı keçirilən əməliyyat zamanı hərbi əmri icra etməkdən boyun qaçırıb. Nəticədə pilot ömrünün 43 ilini həbsxanada keçirmək məcburiyyətində qalıb.
Məscidin imamı Şeyx Muaz Reydan deyib ki, onun təqdim etdiyi hədiyyə həyatının yarıdan çoxunu zindanda keçirən vicdanlı pilota simvolik hədiyyədir.