Close

Rusiyada federasiya prezidenti azadlıqdan məhrum edildi

Rusiya Su Polosu Federasiyasının sabiq prezidenti Aleksey Vlasenko 7 il müddətinə azadlıqdan məhrum edilib.

TNS TASS-a istinadən xəbər verir ki, Rusiya Olimpiya Komitəsi prezidentinin keçmiş müşaviri 450 milyon rubl məbləğində dələduzluqda təqsirli bilinib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, Aleksey Vlasenko 2013-cü ildə törətdiyi əməllərə görə həbs olunub.