Close

23:01
26 Dekabr 2024

Yaponiya aviaşirkəti kiberhücum səbəbindən bilet satışını dayandırıb

“Japan Airlines Corporation”ın (JAL) məlumat sistemləri kiberhücuma məruz qalıb. Şirkət əməkdaşları beynəlxalq və daxili uçuşlara bilet satışını günün sonunadək dayandırmağa məcbur olublar.

TNS “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi bildirib.

"Biz Nəqliyyat Nazirliyi vasitəsilə JAL-a sistemləri mümkün qədər tez bərpa etmək və hadisədən təsirlənən müştərilərə kömək etmək xahişi ilə müraciət etmişik", - o bildirib.

Agentliyin məlumatına görə, xaker hücumu baqaj emalı ilə əlaqədar sistemlərə edilib. Bu səbəbdən JAL rəhbərliyi 24 daxili reysi təxirə salmağa məcbur olub, həmçinin bəzi beynəlxalq reyslərin cədvəlinə dəyişikliklər edilib.