Close

19:55
25 Dekabr 2024

İdmançı qar uçqununda öldü

İsveçrəli snoubordçu Sofi Hediger qar uçqununda həlak olub.

TNS xəbər verir ki, məlumatı İsveçrə Xizək Federasiyasının mətbuat xidməti yayıb.

Faciəli hadisə dekabrın 23-də İsveçrənin Aroza şəhərində qeydə alınıb.

Xatırladaq ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubordun kross növündə qızıl medal qazanıb.

Qeyd edək ki, daha öncə Türkiyənin Ərzurum şəhərində də qar uçqunu 16 yaşlı cüdoçunun ölümünə səbəb olmuşdu.