Daha bir güclü zəlzələ: dağıntı və tələfat…
357
09:07 - 25 Dekabr 2024
Argentinanın şimal-qərbindəki Katamarka əyalətində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
TNS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 14,5 minə yaxın insanın yaşadığı Tinoqasta şəhərindən 46 km cənub-şərqdə, zəlzələ ocağı 131 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.