Close

Pulla şantajı qəbul edə bilmərik

Pulla və ya ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaqla şantaj Gürcüstan üçün qəbuledilməzdir.

TNS Sputnik Gürcüstana istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Almaniya ölkənin Avropa İttifaqına inteqrasiya yolundan çıxması və etirazların yatırılmasına cavab olaraq Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb.

"Pulla, namizəd statusu ilə, danışıqların açılıb-açılmaması ilə bağlı şantaj bizim üçün qəti şəkildə qəbuledilməzdir. Biz dostluq istəyirik, münasibətlər istəyirik və bütün bunların ikitərəfli olmasını istəyirik", -Kaladze qeyd edib.