Tərəflərin heç biri Türkiyəyə müraciət etməyib
Türkiyə Rusiya - Ukrayna münaqişəsinin tərəflərindən İstanbulda danışıqların təşkili ilə bağlı hələlik heç bir müraciət almayıb.
TNS xəbər verir ki, bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
“Biz dəfələrlə ən yüksək səviyyədə danışıqları qəbul etməyə hazır olduğumuzu bəyan etmişik. Cənab prezidentin (Rəcəb Tayyib Ərdoğan) vurğuladığı kimi, sülh prosesində uduzan tərəf olmayacaq. Hazırda tərəflərdən heç bir müraciət olmayıb”, - agentliyin mənbəsi deyib.
Dekabrın 23-də Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun Ankaranın Rusiya və Ukrayna arasında yenidən İstanbulda baş tuta biləcək sülh danışıqlarının başlanmasına dəstək verməyə hazır olduğunu qeyd edib.