Close

Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqlədi

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Məlumata görə, əsas vəzifələrdə əvvəlki kabinetin üzvləri yer alıb.

Belə ki, Jan-Noel Barro Xarici İşlər Nazirliyinə, Sebastyan Lekornu isə Müdafiə Nazirliyinə rəhbərlik etməyə davam edəcək.

Bruno Retaio da daxili işlər naziri kimi fəaliyyətini davam etdirəcək.