Makron yeni hökuməti təsdiqlədi
8
22:18 - 23 Dekabr 2024
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib və bu hökumətdə əsas vəzifələrdə əvvəlki kabinetin üzvləri saxlanılıb.
TNS BFMTV-yə istinadən xəbər verir ki, siyahını Yelisey sarayının baş katibi Aleksis Koler oxuyub.
Belə ki, 2024-cü ilin sentyabrından xarici işlər naziri kimi işə başlayan Jan-Noel Barrot XİN-ə, Sebastyen Lekornu isə ölkənin Silahlı Qüvvələrinə rəhbərlik etməyə davam edəcək.
Daxili işlər naziri Bryuno Retayo da öz postunda saxlanılıb.