Valideynlərin şikayəti əsasında “TikTok” bir il müddətinə bloklanacaq
6
23:52 - 22 Dekabr 2024
Albaniya hakimiyyəti 2025-ci ildə ölkədə "TikTok" platformasını bir il müddətinə bloklayacaq.
TNS xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama bildirib.
E. Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib:
“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”.