Qərb HTŞ-nin Rusiyanın təsirinə düşməsini istəmir
10
13:00 - 22 Dekabr 2024
Avropa və ABŞ Suriyanın yeni hökuməti ilə əməkdaşlığa hazır olub-olmadıqlarına qərar verməli, ya da ölkədə maraqları olan digər ölkələrə öz təsirlərini artırmağa icazə verməlidirlər.
TNS xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.
“Qərb Suriyanın yeni hökumətinin orada maraqları olan Rusiya və İran kimi digər güclərin təsiri altına düşməsini istəmir. Qərb dövlətləri tez bir zamanda belə qənaətə gəlirlər ki, HTŞ terror təşkilatları siyahısında olmasına baxmayaraq, onunla qarşılıqlı əlaqədə olmalıdırlar”, - nəşr bildirib.