Suriya XİN-in yeni rəhbəri ali təhsilini bu ölkədə alıb
Suriyanın yeni hökumət administrasiyası Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.
TNS xəbər verir ki, Şibani 1987-ci ildə Həsəkə vilayətində anadan olub, Dəməşqdə yaşayıb və 2009-cu ildə Dəməşq Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsinin ingilis dili və ədəbiyyatı şöbəsini bitirib.
O, 2022-ci ildə Türkiyənin Səbahəddin Zaim Universitetində siyasət elmləri və xarici əlaqələr üzrə magistr, 2024-cü ildə isə eyni ixtisas üzrə doktorantura təhsili alıb.
Yeni nazir 2011-ci ildən Suriyada başlayan etiraz aksiyalarında aktiv iştirak edib. 2017-ci ildə Suriya Qurtuluş Hökumətinin yaradılmasında böyük rolu olub. Hökumətdə siyasi məsələlər üzrə şöbəsini yaradıb və bu quruma rəhbərlik edib.
Suriya Milli Ordusunun Baş komandanı Əzzam Qərib isə Hələb valisi təyin edilib.
Vali Əzzam da Türkiyədə təhsil alıb. O, Bingöl Universitetinin İlahiyyat fakültəsində magistr dərəcəsi alıb.