Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024
21:32
21 Dekabr 2024

Polşa viza rejimini sərtləşdirir: Tələbələr və əcnəbi işçilər...

Polşanın Baş naziri Donald Tusk Almaniyanın Maqdeburq şəhərində baş verən hücumdan sonra ölkənin vizalarla bağlı qanunvericiliyini sərtləşdirmək üçün tədbirləri sürətləndirməyə qərar verib.

TNS xəbər verir ki, dəyişiklik bir sıra sahələrə, o cümlədən tələbə vizalarının verilməsi və əcnəbilərə iş icazələrinin təqdim edilməsinə təsir göstərəcək.

Sərtləşdirilmiş qaydalar əcnəbilərin ölkəyə girişinə daha ciddi nəzarət etməyi və potensial təhlükəsizlik risklərinin qarşısını almağı hədəfləyir.

Mütəxəssislər hesab edir ki, bu dəyişikliklər tələbələr, xüsusilə də üçüncü ölkələrdən gələnlər üçün Polşada təhsil imkanlarını çətinləşdirə bilər. İş vizalarına gəlincə, daha sərt tələblər Polşada işçi qüvvəsinin, xüsusilə də əcnəbi işçilərin sayına təsir göstərə bilər. Bu isə ölkənin əmək bazarında bəzi sektorlarda çətinliklər yaradacaq.