Close

21:32
21 Dekabr 2024

10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu

Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub.

TNS xəbər verir ki, prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb.

Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib. Bunun sayəsində o, Rusiya vətəndaşlığını ala bilib.

Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb və bu iddia təmin edilib.

Məhkəmə qərarı azərbaycanlı barəsində kompleks tədbirlərin görülməsi üçün miqrasiya nəzarəti orqanlarına göndərilib.