Close

Almaniyada yaralananlardan ikisi Türkiyə vətəndaşıdır

Xəbər verdiyimiz kimi, Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 11 nəfər ölüb, 80-ə yaxın insan xəsarət alıb.

TNS-in Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisədə yaralanan şəxslərdən ikisi Türkiyə vətəndaşıdır.

Bildirilir ki, onların xəstəxanada müalicəsi davam edir və həyati təhlükələri yoxdur.