Close

Suriyanın yeni liderinin başına qoyulan mükafat ləğv edildi

ABŞ Suriyanın yeni de-fakto rəhbəri “Heyət Tahrir əş-Şam”ın (HTŞ) lideri Əhməd Hüseyn əş-Şəranın başına qoyulan mükafatı ləğv etmək qərarına gəlib.

TNS xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Barbara Lif Əş-Şəra ilə Dəməşqdə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

HTŞ lideri Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri ilə görüşü zamanı söz verib ki, Suriya üçün təhlükə yaradan terror qruplaşmalarına icazə verməyəcək.

Lif həmçinin jurnalistlərə deyib ki, yeni rəhbərlikdən Bəşər Əsədin uzun müddət müttəfiqi olan İranla ölkədəki istənilən əlaqəni tamamilə dayandıracağını gözləyir.

Qeyd edək ki, ABŞ Əl-Qaidədəki keçmiş fəaliyyətinə görə Əhməd Hüseyn əş-Şəranın başına 10 milyon dollar mükafat təyin etmişdi.