Close

Paytaxtda naməlum şəxs bankı partladıb

Moskvanın Yana Raynisa bulvarında bank filialında partlayış olub.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisəni Yana Raynisa bulvarı 1 ünvanında yerləşən bank filialında naməlum şəxs törədib. O, binaya daxil olaraq bankomatların yanında naməlum obyekti partladıb. Hazırda həmin şəxs saxlanılıb.

Xidmətin məlumatına görə, partlayış nəticəsində ölən olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.