Close

Şolts "sülhməramlı missiya" ilə Rusiyaya gedəcək

Almaniya kansleri Olaf Şolts "sülhməramlı missiya" ilə Rusiyaya səfər etməyi planlaşdırır.

TNS xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, “Alman İqtisadiyyatının Şərq Komitəsi” təşkilatının nümayəndələrindən biri kanslerin yaxın günlərdə guya sülh missiyası ilə Moskvaya gedəcəyini bildirib.

Şoltsun ​​ofisi xəbərləri şayiə adlandıraraq təkzib edib.

Qeyd edək ki, noyabrın ortalarında Olaf Şolts Vladimir Putinlə iki ildən sonra ilk telefon danışığını keçirib. Almaniya hökuməti bəyan edib ki, söhbət zamanı kansler Rusiya dövlətinin başçısını ədalətli və uzunmüddətli sülhə nail olmaq məqsədi ilə Ukrayna ilə danışıqlar aparmağa çağırıb.