Rusiyanın Kiyevə hücumu nəticəsində 6 ölkə səfirliyinin binasına zərər dəydi
1535
17:30 - 20 Dekabr 2024
Rusiyanın Kiyevi bombalaması nəticəsində bir neçə ölkənin səfirliklərinin yerləşdiyi binaya ciddi ziyan dəyib.
TNS-in “ukrinform“a istinadən xəbərinə görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy brifinq zamanı açıqlayıb.
“Söhbət Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Çernoqoriyanın səfirliklərinin yerləşdiyi tikilidən gedir. Həmin binaya ciddi ziyan dəyib. Binanın pəncərələri və şüşələri sındırılıb, tavanı isə zədələnib”, - XİN rəsmisi bildirib.