Rusiya Kirillovun qisasını aldı
Rusiya qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktına cavab olaraq Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki idarəetmə mərkəzinə zərbələr endirib.
TNS xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarət məntəqəsinə zərbə təbii ki, Ukrayna xüsusi xidmətinin hazırladığı və general-leytenant Kirillovu öldürmək üçün həyata keçirilən əməliyyata cavab zərbəsidir. Bu təcrübə düzgündür, beynəlxalq hüquq normalarına, ən əsası isə Rusiya vətəndaşlarının qisas tələblərinə uyğundur”, - o bildirib.
Qeyd edək ki, Rusiya ordusu Kiyev hakimiyyətinin Rostov vilayətinə hücumuna cavab olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin idarəetmə mərkəzinə, “Luç” konstruktor bürosuna və “Patriot” hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib.