Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
14
13:42 - 20 Dekabr 2024
Böyük Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb.
TNS yerli KİV-ə istinadən xəbər verir ki, səfir Qaret Uordun XİN-ə çağırılmasına səbəb Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin sanksiya siyahısına əlavə edilməsidir.
Səfir XİN-ə daxil olarkən media nümayəndələrinə heç bir şərh verməyib.
Qeyd edək ki, Böyük Britaniya ötən gün Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və daha dörd şəxsə qarşı sanksiya tətbiq edib. Müvafiq məlumat dünən Böyük Britaniya hökumətinin saytında dərc edilib.