Çin Rusiyadan daha təhlükəlidir
11
22:50 - 19 Dekabr 2024
ABŞ Kosmik Qüvvələri və Hərbi Hava Qüvvələri gələcəkdə diqqətlərini ilk növbədə Çinə, sonra isə Rusiyaya yönəltmək niyyətindədir.
TNS xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.
O qeyd edib ki, 2021-ci ildə hazırkı vəzifəsində işə başlayanda əvvəlcə rəhbərlikdən HHQ və KQ-nin hansı potensial hərbi münaqişələrə diqqət yetirməli olduğunu soruşub.
“Cavab belə oldu: Çin təcavüzü, görünür, onun ardınca Rusiya təcavüzü... Biz birincidən daha çox narahatıq, nəinki ikincidən... Ukrayna baxış bucağımızı dəyişdi”, - deyə Kendall bildirib.