Close

21:23
19 Dekabr 2024
21:07
19 Dekabr 2024

Ukraynanın güclənməsi müharibənin sonunu yaxınlaşdırır

Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü yaxınlaşdırır.

TNS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü ilə bağlı "X"də yazıb.

Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas müzakirə mövzuzu olub.

V.Zelenski bildirib ki, Ukrayna gələn ilin ikitərəfli münasibətlər üçün mümkün qədər məhsuldar olmasına ümid edir.

"Bu gün biz strateji enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, Ukraynanın cari müdafiə ehtiyaclarını müzakirə etdik", - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-də prezident seçkilərində qalib gəlmiş Donald Tramp müharibənin dayandırılmasında müəyyən irəliləyişin olduğunu bildirmişdi.