İran və Türkiyə XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər
4
19:10 - 19 Dekabr 2024
İranın xarici işlər naziri Abbas Əraqçi Misirin paytaxtı Qahirədə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
TNS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, tərəflər Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.
Onlar Suriya və Qəzzadakı vəziyyəti müzakirə ediblər.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.