Close

21:07
19 Dekabr 2024

Britaniya Gürcüstanın daxili işlər nazirinə sanksiya tətbiq etdi

Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.

TNS xəbər verir ki, məlumat Britaniya hökumətinin saytında dərc edilib.

Bildirilib ki, buna səbəb Aİ-yə üzvlük danışıqlarının dayandırılmasının bəyan edilməsindən sonra keçirilən etirazlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin polis qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional güc tətbiq etməsidir.

Sanksiya siyahısına Qomelaurinin müavini Aleksandre Daraxvelidze, DİN-in xüsusi tapşırıqlar departamentinin direktoru Zviad Xarazişvili (xüsusitəyinatlı polis dəstələrinin rəisi) və Tbilisi polis departamentinin direktoru Sulxan Tamazaşvili də daxil edilib.

Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.