Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxardı
Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxararaq Tehrana aparıb.
TNS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Putinin sözlərinə görə, hərbçilərin çıxarılması xahişi ilə Rusiyaya İran tərəfi müraciət edib.
“İran hakimiyyətinin xahişi ilə Rusiya 4 min iranlı hərbçini Suriyadan çıxarıb. Hərbçilər Hmeymim bazasından Tehrana aparılıb.
Əgər əvvəl bizim iranlı dostlarımız bölmələrini Suriya ərazinə aparmağımızı xahiş etmişdilərsə, bu dəfə həmin bölmələrin Suriyadan çıxarılmasını xahiş etdilər. Biz İranın 4 min hərbçisini Suriyadakı Hmeymim bazasından Tehrana apardıq”.
Putin onu da əlavə edib ki, iranyönümlü qüvvələrin bir hissəsi Suriyanı döyüşsüz tərk edərək Livan, bir hissəsi isə İraq ərazisinə keçib.