Close

Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq üçün heç bir ilkin şərti yoxdur

Rusiya Ukrayna ilə bağlı ilkin şərt olmadan, lakin İstanbul razılaşmaları əsasında dialoq aparmağa hazırdır.

TNS Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekununa həsr olunmuş konfransda deyib.

“Rusiya Federasiyası sülh sənədlərini yalnız Ukraynanın qanuni hakimiyyəti ilə imzalamağa hazırdır. Biz Ukraynada prezident seçkilərindən sonra istənilən şəxslə, o cümlədən Volodimir Zelenski ilə danışacağıq”, - o qeyd edib.