Close

Tramp administrasiyasında çalışacaq 13 milyarder

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasında çalışacaq milyarderlər müəyyənləşdirilib.

TNS xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

“Bu, müasir tarixdə ən zəngin prezident administrasiyası olacaq. Onların ümumi sərvəti 460 milyard dolları keçə bilər”,- nəşr bildirib.

Federal qanunlar Trampın yeni dostlarından maraqlar toqquşması yarada biləcək səhmlərdən imtina etmələrini və maliyyə məlumatlarını açıqlamalarını tələb edəcək.

Bəs bu insanlar kimdir?

İlon Mask - Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri (439 milyard dollar);

Kiçik Leandro Rizzuto - Amerika Dövlətləri Təşkilatındakı səfir (3,5 milyard dollar);

Uorren Stivens - Böyük Britaniyadakı səfir (3,4 milyard dollar);

Linda Makmehon - Təhsil naziri (3 milyard dollara qədər);

Hovard Lyutnik- Ticarət naziri (2,2 milyard dollar);

Çarlz Kuşner - Fransadakı səfir (1,8 milyard dollar);

Cared Ayzekman- NASA Administratoru (1,8 milyard dollar);

Kiçik Tomas Barak- Türkiyədəki səfir (1 milyard dollar);

Stiven Vitkoff - Yaxın Şərq üzrə xüsusi elçi (1 milyard dollar);

Frenk Bisiqanano - Sosial Təminat İdarəsinin komissarı (1 milyard dollar);

Skott Bessent- Maliyyə naziri (dəqiq sərvəti açıqlanmır);

Vivek Ramasvami – Hökumətin Səmərəliliyi Departamentinin  rəhbəri (1 milyard dollar);

Devid Saks (dəqiq sərvəti bilinmir);

Kelli Leffler - Kiçik Biznesin Administratoru (800 milyon dollar);

Duq Berqam - Daxili işlər naziri (100 milyon dollar);

Mehmet Öz - Medicare və Medicaid Mərkəzlərinin Administratoru (100 milyon dollar).