Kursk döyüşündə ölən koreyalıların sayı
Kursk bölgəsində Rusiya tərəfdə döyüşən Şimali Koreya əsgərindən bir neçə yüzü yaralanıb və ya öldürülüb.
TNS xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” yüksək rütbəli ABŞ rəsmisinə istinadla yayıb.
Rəsmi bildirib ki, KXDR hərbçiləri hərbi əməliyyatlarda iştirak təcrübəsi olmadığı üçün ciddi itki verib.
Qeyd edək ki, Şimali Koreya qoşunlarının Kursk bölgəsində ilk itkiləri haqda məlumatı dekabrın 16-da Pentaqonun sözçüsü general-mayor Patrik Rayder açıqlayıb. Onun sözlərinə görə, onlar ilk dəfə döyüşə bir həftə əvvəl çıxıblar və həm rus bölmələri ilə birlikdə, həm də müstəqil şəkildə döyüşürlər. Rayder qeyd edib ki, ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.
Zelenskinin ötən gün yaydığı görüntülərdə isə Şimali Koreya əsgərlərinin meyitlərinin tanınmaması üçün onların üzünün yandırıldığı əks olunub.
Ümumilikdə Şimali Koreyanın Rusiyaya 10-12 min əsgər göndərdiyi ehtimal olunur.