Əsədin təyyarə qəzasında ölməsi yalanı niyə yayıldı?
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin təyyarə qəzasında öldüyü haqda saxta xəbərlərin arxasında Suriyadakı xaosda maraqlı olan ölkələrin xüsusi xidmətləri dayanırdı.
TNS xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
“Bu, sadəcə olaraq, bütün lazımi komponentləri özündə əks etdirən klassik saxtakarlığın nümunəsidir. Niyə yaydılar? Bunun arxasında Suriyadakı xaosda maraqlı olan ölkələrin müvafiq xidmətləri dayanırdı”, - o bildirib.
Qeyd edək ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədi daşıyan Rusiyanın İl-76 nəqliyyat təyyarəsinin ölkə sərhədinə yaxın ərazidə radarlardan itməsi nəticəsində onun vurulduğu və Bəşər Əsədin öldüyü versiyası gündəmə gəldi. Bir gün sonra isə bəlli oldu ki, Bəşər Əsədi Rusiyaya gətirən təyyarə sadəcə radarlara yaxalanmamaq üçün transponderi söndürüb və “görünməz” olub.