Close

İvanovun həbs müddəti yenidən uzadıldı

Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini uzadıb.

TNS “RİA Novosti”yə istinadən xəbər verir ki, onun həbs müddəti martın 23-dək uzadılıb.

“Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - hakim Timur Vaxromeyev qərarı elan edib.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında həbs müddəti 3 ay, daha sonra yenidən 3 ay uzadılmışdı.

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.