Close

Rus ordusu Suriyanı belə tərk edir - FOTO

Son bir neçə gündə Rusiya Silahlı Qüvvələrinin Suriyanın qərbindəki Latakiya əyalətində yerləşən Hmeymim aviabazasında hərəkətlilik müşahidə olunur.

TNS xəbər verir ki, Suriyada 61 illik Bəəs rejiminin süqutundan sonra Rusiya hərbi birləşmələri ölkə daxilində yerləşdikləri bölgələrdən geri çəkilir. O cümlədən, rus qoşunları Latakiyanın Ceble rayonunda yerləşən Hmeymim hərbi bazasından da çıxır.

Peyk görüntülərindən Rusiya hərbçilərinin Suriyadakı hərbi bazalarını tərk etməyə hazırlaşdığını göstərir.

Hətta “S-400” müdafiə sistemlərinin də hissələri daşınmaq üçün sökülür.