Medvedev Ukraynanın hərbi-siyasi rəhbərliyini hədələdi
5
13:21 - 17 Dekabr 2024
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.
TNS-in Rusiya mətbuatına istinadən xəbərinə görə, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, AFP və "Reuters" öz mənbələrinə istinadən Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürüldüyünü yazıb.
Əlaqəli xəbərlər
14:13
17 Dekabr 2024